“Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.
Qərara dəyişikliyi Baş nazir Əli Əsədov imzalayıb.
“Şuranın sədrinin müavini” hissəsində “vitse-prezidenti” sözü “birinci vitse-prezidenti” sözləri ilə əvəzlənib. Eyni zamnada Adil Qəribov AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənib. Bundan əvvəl həmin vəzifəni Akademiyasının müxbir üzvü Əminağa Sadıqov tuturdu.
“Şuranın üzvləri” hissəsində hər iki halda “birinci vitse-prezidenti” sözləri “vitse-prezidenti” sözü ilə əvəz edilib.