elon-musk-tesla-bitcoin-satisi-etmeyib

Elon Musk: Tesla Bitcoin satışı etməyib

Tesla-nın Baş direktoru Elon Musk, Twitter üzərindən verdiyi açıqlamada şirkətin heç Bitcoin satışı reallaşdırmadığını bildirib.

Milyarder iş adamı daha əvvəl mayninqi ətraf mühitə ziyan vurduğuna görə Bitcoin-i tənqid etmiş, sonra, Tesla-nın əlindəki Bitcoin-ləri sata biləcəyi istiqamətində siqnallar vermişdir.

Musk, "Mr. Whale" adlı bir Twitter səhifəsinin etdiyi, "Bitcoin sərmayəçiləri qarşıdakı rübdə Tesla-nın alıb saxladığı Bitcoin-ləri satdığını fərq etdikləri zaman özlərini şillələyəcəklər. Elon Musk-a nifrət nəzərə alındığında, onu günahlandırmazdım..." paylaşıma "Həqiqətən" yazaraq cavab verib.

Musk, Twitter-də kriptovalyuta mövzusundakı mövqeyini tənqid edən bir neçə istifadəçiyə də reaksiya verib.

 

Marja