İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point Software Technologies” ən aktiv kibertəhdidlərə dair yenilənmiş araşdırma dərc edib.
İnsider.az xəbər verir ki, aşağıdakı zərərverici proqramlar martda daha çox yayılıb: “Cryptoloot”, “XMRig” və “JSEcoin”. Bu zərərli proqramlar gizli kriptovalyuta mayninqi üçün istifadə edilir. Dünyadakı şirkətlərin 6%-i “Cryptoloot” və “XMRig”, 5%-i isə “XMRig”in hücumuna məruz qalıb.
“Coinhive” və “Authedmine” mayninq xidmətləri 2019-cu il martın 8-də fəaliyyətlərini dayandırıblar. Lakin kriptomaynerin martda yalnız 8 gün işləməsinə baxmayaraq o, ən aktiv təhdidlər arasında 6-cı yeri tutub. “Coinhive” xidməti öz aktiv fəaliyyəti zamanı dünyadakı təşkilatların 23%-nə zərər vurub.
©“ICTnews”