erdogan-andicme-merasiminde-ilham-eliyev-ve-mehriban-eliyeva-ile-gorusdu-video

Ərdoğan andiçmə mərasimində İlham Əliyev və Mehriban Əliyeva ilə görüşdü – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında təşkil edilən andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşüb.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün bu gün Ankaraya yollanıblar.