Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya gedəcək.
Insider.az xəbər verir ki, səfər çərçivəsində Ərdoğan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək. Ərdoğan və Putin heyətlərarası görüşlərə sədrlik edəcəklər.
Ərdoğan MAKS-2019 Beynəlxalq Aviasiya və Kosmos Sərginin açılışında da iştirak edəcək.
Danışıqlar zamanı Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bütün aspektlərinin müzakirə olunması, Suriya başda olmaqla, bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılması gözlənilir.