Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər proqramı açıqlanıb.
Səfər çərçivəsində Türkiyə lideri İran Prezidenti İbrahim Rəsii ilə görüşəcək.
Görüşdə bir çox məsələlərlə yanaşı, Cənubi Qafqazdakı durumu da müzakirə olunacaq.
Liderlərin altılıq platforması (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın əməkdaşlığı üçün təklif olunan format) barədə fikir mübadiləsi aparacaqları da gözlənilir.
Bundan başqa, R.T.Ərdoğan və İ.Rəisi Suriyadakı durumu, Rusiya ilə Ukrayna arasında davam edən müharibəni və digər məsələləri də müzakirə edəcəklər.
Qeyd edək ki, R.T.Ərdoğan iyulun 19-da İrana işgüzar səfər edəcək.