erdogan-trampin-esrin-muqavilesi-plani-qebuledilmezdir

Ərdoğan: Trampın “əsrin müqaviləsi” planı qəbuledilməzdir

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “əsrin müqaviləsi” İsrail tərəfindən Fələstin ərazilərinin anneksiyasının leqallaşdırılmasıdır.

İnsider.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Qüdsün İsrailə verilməsi üzrə bu cür plan qəbuledilməzdir, fələstinlilərin hüquqlarını pozur və İsrailin işğalını leqallaşdırır.

“Qüds İsrailə verilməyəcək. Bu plan sülh gətirməyəcək”, - Ərdoğan bildirib.

Oxu.Az