ermenistanin-sefiri-azerbaycan-hakimiyyetinin-beyanatlari-olkenin-ictimai-reyini-muharibeye-yoneldir

Ermənistanın səfiri: Azərbaycan hakimiyyətinin bəyanatları ölkənin ictimai rəyini müharibəyə yönəldirdi

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya verdiyi açqılamasında Azərbaycan ilə sərhəddə vəziyyətin gərginləşməsinin səbəblərindən danışıb.

İnsider.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin bəyanatları ölkənin ictimai rəyini müharibəyə yönəldirdi.

Belə ki, Bakının münaqişəyə qədərki silsilə bəyanatları vətəndaşları mümkün hərbi addımlara hazırlayırdı. “Xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin iyulun 6-da verdiyi bəyanat, faktiki olaraq Bakının danışıqlar prosesindən çıxacağına işarə idi”, - Toqanyan bildirib.

İyulun 6-da yerli telekanallara müsahibə zamanı Dağlıq Qarabağda münaqişənin həlli istiqamətində demək olar ki, danışıqların aparılmadığını deyən Azərbaycan Prezindeti İlham Əliyev ATƏT-in Minsk qrupunu passiv fəaliyyətə görə tənqid edib.

“Faktiki olaraq Azərbaycan həmsədri fəaliyyətsizlikdəittiham edərək, beynəlxalq hüququn işləmədəyii və beynəlxalq hüququn onlar üçün silahın, gücün olduğunu və silahlı qüvvələrə güvənməyin lazım olduğunu bəyan etdi”, - Toqanyan bildirib. Həmçinin o əlavə edib ki, son zamanlarda müharibə başlamasına dair səslənən bəyanatlar, rəsmi ritorikada da dəstəklənirdi. “Əlbəttə buna həm də qonşu Türkiyənin də bəyanatı vasitəçilik etdi”, - deyə səfir bildirib.

Səbinə Səmidxan