facebook-100-e-yaxin-rf-tebligatli-hesabi-silib

“Facebook” 100-ə yaxın RF təbliğatlı hesabı silib

“Facebook” administrasiyası Ukraynaya fokuslanmış və qeyri-mötəbər məlumat yayan Rusiyanın idarə etdiyi 97 səhifə, qrup və hesablarını silib.

İnsider.az bu barədə “Facebook”-un bloquna istinadla xəbər verir.

“Bu fəaliyyətin arxasında duran insanlar səhifə və qrupları idarə etmək, öz kontentinin yayılması və istifadəçi cəlb edilməsinin artımı, həmçinin onların digər, müxtəlif kontentli saytlara keçidə cəlb edilməsi üçün saxta uçot hesabları istifadə edirdilər”, - ismarışda deyilir.

Bildirilir ki, ümumilikdə 62 hesab, 10 səhifə və 25 qrup silinib. Bəzi hesablarda 34 min abunə, təbliğat qruplarının birində isə 86 min oxucu vardı.

Bu səhifələr yerli və siyasi hadisələrə aid sosial xarakterli xəbərləri yerləşdirirdilər. Xüsusilə, əsas mövzular arasında Donbassdakı hərbi münaqişəni, Rusiya siyasətini, Aİ və Ukraynadan olan siyasi xəbərləri, həmçinin Suriyadakı vətəndaş müharibəsini ayırmaq olar.

Əlavə olunur ki, sosial şəbəkə administrasiyası “Facebook”-da bu cür fəallıq barədə məlumatı müvafiq hüquq mühafizə orqanlarına, siyasətçilərə və müəyyən sahədən olan partnyorlara təqdim edib.

Həmçinin Avstriyaya, Baltikyanı ölkələrə, Almaniyaya, İspaniyaya, Ukraynaya və Böyük Britaniyaya hədəflənmiş Rusiyanın daha kiçik şəbəkə müdaxiləsinin hissəsi olan 21 hesab və səhifə də “Instagram”-dan silinib. Onlar qaçqın, din məsələləri, NATO daxil, yerli siyasət barədə ismarışları yayırdılar.

Xatırladaq ki, daha əvvəl “Facebook” və “Twitter”-in İranla bağlı yüzlərlə hesabı sildikləri bildirilmişdi.