facebook-2020-ci-ile-iki-yenilik-hazirlayir

“Facebook” 2020-ci ilə iki yenilik hazırlayır

“Facebook” şirkəti 2020-ci ildə bir neçə ölkədə ödəniş sistemi və fərdi kriptovalyutasını işə salacaq. İnsider.az bu barədə “BBC”-yə istinadla bildirir.

Resurs hesab edir ki, şirkət layihənin detallarını yayda açıqlayacaq. Jurnalistlərin məlumatına görə, Mark Zukerberq kriptovalyuta məsləsinə görə “Bank of England” rəhbəri Mark Karni və ABŞ maliyyə nazirliyi ilə, həmçinin köçürmə servisləri, o cümlədən, “Western Union”-la məsləhətləşib.

“Facebook” kriptovalyutası barədə nə məlumdur

Ötən ilin mayında “Facebook” blokçeyn texnologiyalarının araşdırılması üçün işçi qrupu yaratdı. Qrupun rəhbəri “Facebook”-dan qabaq “PayPal”-da işləmiş Devid Markus oldu. “Bloomberg”-in məluatına əsasən, komanda iştirakçılarının 50-dən, demək olar, hər 5-si “PayPal”-dan gələndir.

Nəşr həmçinin bu bölmənin “WhatsApp”-da köçürmələr üçün kriptovalyuta tərtib etdiyini yazırdı. Şirkəti ilk növbədə Hindistanın köçürmə bazarı maraqlandırır. Sosial şəbəkə steyblkoin (stablecoin – “sabit sikkə”) deyilən ABŞ dollar kursuna və ya valyuta səbətinə bağlanmış kriptovalyuta tərtib edə bilər.

“The Wall Street Journal” isə kriptovalyuta yaradılması üzrə layihənin “Project Libra” adlandığını bildirmişdi.

Samirə Məmmədova