“Facebook” sosial şəbəkədə reklam nümayişi ayarlarını yeniləyib. Yeni ayarların elanların verilməsini istifadəçilər üçün daha aydın edəcəyi və onlar üçün öz reklam tərcihlərini daa effektiv idarə etməsinə imkan verəcəyi gözlənilir. İnsider.az-ın məlumatına görə, bu barədə “Facebook”-un bloqunda bildirilir.
Dəyişiliklər “Nəyə görə mən bu reklamı görürəm?” bölməsinə və “Sizin reklam tərcihləriniz” səhifəsinə toxunacaq.
“Facebook” bu alətləri dörd ildən çox olar ki, əlavə etmişdi və onları təzəlikcə yeniləmişdi, lakin istifadəçilərdən şirkətə bu alətlərin işləmə mexanizminin aydın olmadığına dair rəylərin gəlməsi davam edirdi.
Yenilənmiş “Nəyə görə mən bu reklamı görürəm?” bölməsində istifadəçilər:
• Nəyə görə məhz müəyyən reklamı gördükləri barədə daha ətraflı məlumat ala bilərlər. Demoqrafik verilənlər və ziyarət edilmiş saytlar barədə məlumatdan başqa, burada həmçinin istifadəçinin maraqları və ona calanmış konkret elana müvafiq olan kateqoriyalar da göstəriləcək.
• Targetinq üçün hardan (istifadəçinin ziyarət etdiyi veb-sayt və ya sosial şəbəkədə onun bəyəndiyi səhifə) bu və ya digər məlumatın toplandığını öyrənə bilərlər.
• Öz reklam tərcihlərini daha yaxşı ayarlamaq üçün maraqlar siyahısına düzəliş edə bilərlər.
Yenilənmiş “Sizin reklam tərcihləriniz” səhifəsində isə məlumat almaq olar:
• İstifadəçi barədə məlumat olan siyahıları yükləmiş və istifadəçiyə öz reklamını təklif etmiş reklamçılar barədə.
• İstifadəçi barədə məlumat olan siyahıları yükləmiş və bu məlumatları digər reklamçılarla bölüşmüş şirkətlər barədə.
Samirə Məmmədova