facebook-bu-reklamlara-icaze-verib

“Facebook” bu reklamlara icazə verib

“Facebook” reklam siyasətini yeniləyib. İnsider.az bu barədə sosial şəbəkənin bloquna istinadla yazır.

Belə ki, o, istifadəçilərə blokçeyn-texnologiyaları ilə bağlı elanları yerləşdirməyə icazə verib. Həmçinin sosial şəbəkə ilə razılaşmadan sahə xəbərlərini və hadisələr barədə məlumatları dərc etməyə də icazə verilib.

Kriptovalyuta reklamının yerləşdirilməsi üçün isə hələ də sosial şəbəkənin icazəsini almaq lazımdır. “Facebook” “ICO” və binar opsionların reklamına tam qadağanı saxlayıb.

Qeyd edək ki, “Facebook” kriptovalyuta və onunla bağlı məhsul və xidmətlərin reklamını 2018-ci ilin yanvarından qadağa etmişdi.

Samirə Məmmədova