facebook-ctrl-labs-startapi-ucun-1-milyard-odemeye-hazirdir

“Facebook” CTRL-Labs startapı üçün 1 milyard ödəməyə hazırdır

Sövdələşmənin məbləği 500 milyondan 1 milyard dollara qədər arta bilər. 

“Facebook” qurğuları və personal kompüterləri beyindən gələn siqnallar vasitəsilə işlədə bilən CTRL-Labs startapını almaq haqqında razılığa gəlib. 

İnsider.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

CTRL-Labs istifadəçi hətta tərpənmədiyi halda belə neyronların siqnallarını hesablayan qolbaqlar istehsal edir. Şirkətin texnologiyası bu siqnalları ekranda hərəkətə çevirir. 

“Sistem sizin fikirlərinizi anlayır və siz sadəcə düşünərək, yaxud da fiziki hərəkət vasitəsilə dostunuza foto göndərə bilərsiniz”, - Facebook-da virtual və əlavə reallıq istiqamətinin rəhbəri Endryu Bosuort bildirib.  

Əllərin yardımı ilə CTRL-Labs qurğusunun işi


Facebook artıq əlavə reallıq eynəyi hazırlayır və beynin nitqə dekodlaşdırmasını təmin edən texnologiya yaradır. CTRL-Labs sistemi bənzər məsələləri həll edir və sosial şəbəkələr üçün çox mühüm olacaq.  

Facebook şirkətindən verilən məlumata görə, bu qəbildən olan texnologiya hazırda mövcud deyil və startapın təqdim etdiyi işləri yaxın illərdə virtual və əlavə reallıq sahəsində sosial şəbəkə layihələrində istifadə edəcəklər.  

Qeyd edək ki, sövdələşmənin məbləği açıqlanmır, amma Bloombergin əldə etdiyi məlumata görə, “Facebook” bu startap üçün 500 milyondan 1 milyard dollara qədər ödəyə bilər. CTRL-Labs 2015-ci ildə yaradılıb və 67 milyon dollar sərmayə cəlb edib. 

Səbinə Səmidxan