facebook-gelirlerini-artirib

Facebook gəlirlərini artırıb

Facebook maliyyə ilinin dördüncü rübündə gəlirlərini keçən ilin eyni dövrü ilə müqayisədə 25% artırdığını açıqlayıb.

İnsider.az xəbər verir ki, Facebook 4-cü rübdə gəlirlərini 16,9 milyard dollardan 21,1 milyard dollara yüksəldib.

Şirkət 2019-cu il ərzində isə gəlirlərini 55,8 milyard dollardan 70,7 milyard dollara yüksəltməyi bacarıb.

Dördüncü rübdə Facebook-un xalis mənfəəti 7,34 milyard dollar, bir səhmə 2,56 dollar olaraq təşkil edib. Şitkət 2018-ci ilin eyni dövründə 6,88 milyard dollar, bir səhm üzrə 2,38 dollar xalis mənfəət əldə etmişdi.  

Dördüncü rübdə Facebookun gündəlik istifadəçilərinin sayı 9% artaraq 1,66 milyarda yüksəlib.

Marja