facebook-ilk-defe-olaraq-alimlere-oz-mexfi-melumatlarina-girise-icaze-verdi

“Facebook” ilk dəfə olaraq alimlərə öz məxfi məlumatlarına girişə icazə verdi

“Facebook” ilk dəfədir ki, alimlərdən ibarət qrupa öz konfiidensial məlumatlarına girişi açıb.

İnsider.az-ın məlumatına görə, bu barədə aprelin 29-u şirkətin mətbuat xidməti bildirib.

11 ölkədən 30 akademik institutu təmsil edən 60 nəfərlik müstəqil alimlər qrupu verilənlərə olan girişi 2017-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayınadək alacaq.

Onların maraq dairəsinə aid sahələrdən biri sosial şəbəkənin seçkilərə mümkün təsiri olacaq. Bununla yanaşı, alimlər “Facebook”-un məlumat itkisinə görə tənqidə məruz qaldığı dövrlər üçün olan sosial şəbəkə verilənlərinə giriş əldə etməyəcəklər.

Xatırladaq ki, ötən ilin əvvəli “Cambridge Analytica” şirkətinin sosial şəbəkənin 87 milyon istifadəçisinin məlumatlarını qeyri-qanuni yığması və üçüncü şəxslərə ötürməsi məlum olmuşdu.

Samirə Məmmədova