Ötən gün “Facebopk”-un “Libra” kriptovalyutasının işinə cavabdeh olan “Libra Association” şirkəti yeni mükafatlandırma proqramının startını elan edib. Şirkət “Libra” platformasının işləməsində xəta və əksikliyi aşkar edə bilən hər kəsə mükafat verir. İnsider.az bunu “Kommersant”-a istinadla bildirir.
Şərti olaraq “Bug Bounty” (“baqlara görə mükafat”) adını almış bu cür proqramlar daha tez-tez bu və ya digər yüksək texnoloji tərtibatların işləməsində çatışmazlıqları aşkar edə biləcək kənar mütəxəssislərin cəlb edilməsi üçün istifadə olunur. “Facebook”-a gəldikdə isə, “Libra”-nın təhlükəsizliyində olan ən kritik səhvləri və dəlikləri aşkar edənlərə 10 min dollara kimi mükafat veriləcək.
Xatırladaq ki, “Facebook” öz kriptovalyutasının tezliklə işə salacağını anons etməsindən sonra, bu layihəyə dair suallar təkcə ABŞ-ın yox, bəzi Avropa ölkələrinin hökümətlərində də yarandı. Tənzimləyicilər “Facebook” kimi iri internet-bazarın yeni kriptovalyutasının təhlükəsizliyi və “Libra”-nın maliyyə bazarlarına mümkün təsirindən narahat oldular.