“Facebook” istifadəçilərin publikasiyaları altındakı layk sayını gizlətməyi düşünür – bundan sonra dəqiq layk sayını ancaq publikasiya müəllifləri görəcək.
İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.
Sosial şəbəkə öz planlarını təsdiqləyib, lakin “Facebook”-un nümayəndəsi hələ ki, testetmənin başlamadığını qeyd edib.
“TechCrunch” qeyd edir ki, “laykları gizlətmək” funksiyasının tətbiqi istifadəçilərin fəallığını artıra bilər: onlar daha “Facebook”-da publlikasiyalarının az layk yığacağına görə narahat olmayacaqlar və bu, onların sosial şəbəkədə keçirəcəyi vaxtı artıracaq.
Samirə Məmmədova