“Facebook” tənzimləyicilərin maraqları tam şəkildə nəzərə alınana və şirkət bütün lazımi icazələri əldə edənədək, “Libra” kriptovalyutasını işə salmayacaq.
İnsider.az-ın məlumatına görə, bu barədə “Bloomberg” layihəni kurasiya edən “Facebook”un top-meneceri Devid Markusa istinadən yazır.
Onun sözlərinə görə, “Libra” milli valyutalarla rəqabət aparmayacaq və mərkəzi bankların pul-kredit siyasətində mane olmayacaq. Lakin “Facebook” hələ də kriptovalyutanı 2020-ci ildə işə salmağa ümid edir.
Xatırladaq ki, “Facebook” “Libra” və kriptovalyutanın istifadəsi üçün “Calibra” pul qabını 2019-cu ilin iyununda təqdim edib. Kriptovalyutanın işə salınması növbəti ilin ilk yarsına planlaşdırılıb.
“Facebook”dan başqa layihənin inkişafı ilə “Mastercard”, “Visa”, “Spotify”, “PayPal” və digər maliyyə və texnologiya şirkətləri məşğul olacaq.
Samirə Məmmədova