facebook-milyonlarla-instagram-sifrelerini-aciq-saxlayib

“Facebook” milyonlarla “Instagram” şifrələrini açıq saxlayıb

ABŞ-ın “Facebook” şirkəti serverlərdə öz əməkdaşlarının azad girişi olduğu “İnstagram” sosial şəbəkəsində milyonlarla istifadəçi hesablarının şifrələrini saxladığını bildirib.

İnsider.az xəbər verir ki, bu barədə məlumat “Facebook”-un rəsmi bloqunda cümə axşamı günü yerləşdirdiyi elanda peyda olub.

Qeyd edilir ki, şirkət tərəfindən yanvar ayında “müntəzəm yoxlama” aparılıb. Onların nəticəsində aşkar olunub ki, “bəzi istifadəçilərin şifrələri verilənlərin saxlanılmasının daxili sistemlərində oxuna biləcək (şifrələnməmiş) vəziyyətdə saxlanılır”.

“Biz bu nöqsanları düzəltdik və şifrələri bu şəkildə saxlanılan hər kəsi məlumatlandıracağıq”, - deyə “Fcebook” mart ayında bildirirdi və müəyyənləşdirirdi ki, bu problem “Facebook Lite” funksiyaların kəsilmiş dəsti olan milyonlarla tətbiq istifadəçilərinə, “Facebook” və “İnstagram” istifadəçilərinə aiddir.

Vurğulayaq ki, “Instagram” sosial şəbəkəsi “Facebook” sosial şəbəkəsinə 2012-ci ilin aprel ayından məxsusdur. Sosial şəbəkənin ötən ilə olan qeydiyyatdan keçmiş istifadəçi sayı 1,1 milyard təşkil edib.

Samirə Məmmədova