Reklam verməyi dayandıran şirkətlərin sayının artması ilə sosial media nəhəngi Facebook təzyiq altındadır.
Facebook Inc-in reklam verənlərindən ibarət bir sıra şirkətlər sosial media nəhənginə reklam verməyi dayandırmağa hazırlaşırlar. Bu vəziyyət şirkətin səhmlərinin qiyməti üzərində təzyiq yaradır.
İnsider.az xəbər verir ki, Starbucks Corp., Levi Strauss & Co., PepsiCo Inc. ve Diageo Plc reklam xərclərini azaldacağını açıqlayan ən son şirkətlərdir. Çoxlu sayda şirkət, Facebook və bənzər şirkətlərin şiddəti, ayrı-seçkiliyi və cəmiyyəti səhv məlumatlandıran mesajların qarşısını almaları üçün onlara təzyiq etməyi hədəfləyirlər.
Ötən rüb 17.7 milyard dollar gəlir əldə edən Facebookun böyüməsinə heç bir şirkət tək başına əhəmiyyətli dərəcədə təsir edə bilməz. Ancaq digər şirkətlərin də eyni addımları atmaları ilə təzyiq artır. Pandemiyadan qaynaqlanan iqtisadi yavaşlama da düşünüldüyündə sosial media nəhəngi üçün təhdid gedərək dərinləşir.
Gedərək daha da məşhurlaşan boykot ilə Facebookun səhmləri təzyiq altındadır. Dünyanın ən çox reklam verən şirkətlərindən biri olan Unilever-in sosial media nəhənginə xərcləmə etməyəcəyini açıqlamasının ardından Facebook-un səhmləri Cümə günü 8.3% düşüb.
Marja