facebook-saytinin-ve-tetbiqlerinin-redizaynini-teqdim-edib

“Facebook” saytının və tətbiqlərinin redizaynını təqdim edib

“Facebook” sosial şəbəkənin yeni dizaynını təqdim edilib.

İnsider.az-ın məlumatına görə, bu barədə şirkətin bloqunda deyilir.

Dəyişiliklər servisin saytına və tətbiqlərinə toxunacaq: yuxarıdakı göy “papaq” itəcək, tərtibat isə daha açıq tonda olacaq. Yeni dizayn “FB5” adı alıb.

Tətbiqin yeni görünüşü

“İos” və “Android” üçün yenilənmiş tətbiqlər yaxın zamanda çıxacaq, saytın redizaynını isə şirkət bir neçə ay ərzində keçirəcək.

Saytın yeni dizaynı

“Facebook”-un loqosu redizayndan sonra göy kvadratda yox, mavi dairədə əks olunacaq, naviqasiya üçün nişanlar isə yuxarıya köçürüləcək.

Mark Zukerberqin sözlərinə görə, sosial şəbəkənin yeni dizaynı diqqət mərkəzinə şəbəkə istifadəçisini qoymalıdır.

Qruplar bölümündə istifadəçilər qrupların xəbərlərini görə biləcəklər, bundan başqa, “Facebook” qrup axtarışı üçün olan tövsiyyə sistemini təkmilləşdirəcək.

Qruplar yeni funksiyalar əldə edəcək: məsələn, işlək qruplarda vakansiyalar barədə elanlar üçün şablon, oyun qruplarında isə ayrıca çatlar yaranacaq. İsitfadəçilər həmçinin qruplarda birbaşa öz səhifələrindən qeydlər dərc edə biləcək.

Şirkət həmçinin maraqlara görə dost tapmağı tezləşdirən yeni alətləri, o cümlədən “Meet New Friends” funksiyasını tətbiq edəcək. Şirkətdə izah etdilər ki, bu, istifadəçilərin məktəb, iş yeri və ya şəhər üzrə tanıdığı yeni dostları tapmaqda kömək edəcək. “Meet New Friends” hələ ki, test edilir, yeni funksiyanın işə salınması tarixi açıqlanmır.

Bildirək ki, daha yeni bir funksiya hadisələr olan qoşma olacaq: istifadəçilər yaxınlıqda baş verənlər barədə öyrənə, tövsiyyələr ala və öz hərəkətlərini dostlarla koordinasiya edə biləcəklər.

Samirə Məmmədova