facebook-ses-komekcisi-uzerinde-calisir

“Facebook” səs köməkçisi üzərində çalışır

“Facebook” sosial şəbəkəsi öz fərdi səs köməkçisi üzərində çalışır.

İnsider.az “CNBC”-yə istinadla “Facebook”-un “Alexa” (“Amazon”), “Siri” (“Apple”) və “Google Assistant” köməkçilərilə rəqabət aparma planları barədə xəbər verir.

“CNBC”-nin mənbələrinə görə, səs köməkçisilə 2018-ci ildən uzunmüddətli texniki ləyihələr və avadanlıqlar, o cümlədən, “Oculus” VR-şlemləri üzərində çalışan şöbə məşğuldur.

Layihəyə isə “AR/VR” və “Facebook Assistant” şöbəsinin rəhbəri Ayra Şnayder başçılıq edir.

“CNBC” hesab edir ki, “Facebook” köməkçisini “Portal” videozəngləri üçün öz “ağıllı” ekranlarında, “Oculus” şlemlərində və ya digər gələcək layihələrində istifadə edə bilər.

Qeyd edək ki, 2015-ci ildə şirkət “Facebook Messenger”-də süni intellekt texnologiyaları əsasında çalışan “M” virtual köməkçisini işə salmışdı. 2018-ci ilin yanvar ayında isə “Facebook” layihəni bağladı.

Samirə Məmmədova