facebook-suni-intellekt-vasitesile-robotlara-gezmeyi-oyredir

“Facebook” süni intellekt vasitəsilə robotlara gəzməyi öyrədir

“Facebook” öz robototexnika sahəsindəki layihələri barədə danışıb. Şirkət süni intellekt vasitəsilə robotlara gəzməyi və ətraf mühiti dərk etməyi öyrədir. İnsider.az bunu “Facebook”-un bloquna istinadla xəbər verir.

Şirkət robotların öyrədilməsinin üç layihəsini nümayiş etdirib. Onlardan biri çərçivəsində mühəndislər ətraf mühitlə bağlı ilkin məlumatlara malik olmadan gəzən altı ayaqlı robotun gəzməyi öyrənmək vaxtını qısaltmağa çalışırlar.

Şirkətin ideyasına görə, robot tarazlığı saxlamaq və fəzada hərəkət etmək barədə məlumat toplamalı və öz bacarıqlarını təkmilləşdirməlidir.

Şirkətdən bildiriblər ki, onlar müxtəlif robotlar və hallar üçün uyğun gələn bərkitmə ilə olan öyrətmə texnikasını və Bayes optimizasiyasını istifadə edirlər. “Facebook”-un digər layihəsi dünyaya marağın ifadəsi hesabına robotlaşdırılmış əlin təlimidir. Bu layihə çərçivəsində süni intellekt sistemi yeni nəyisə sınadığı zaman həvəsləndirilir.

Üçüncü layihə çərçivəsində “Facebook” robotları toxunma hissi ilə öyrədir. Bu yanaşma robotun qarşılıqlı təsir etdiyi obyektin maşının görmə zonasından kənar yerləşdiyi hallarda lazımdır.

Mühəndislər əvvəlcədən video üçün tərtib edilmiş proqnozlaşdırma texnologiyasından faydalanırlar. Onun vasitəsilə şirkətdə artıq robota top atmağı və coystiki tərpətməyi öyrədiblər.

Samirə Məmmədova