Bu ilin I rübündə sosial media nəhəngi “Facebook”un gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 17,7 milyard ABŞ dollarına çatıb.
İnsider.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Hesabat dövründə beynəlxalq birjalarda şirkətin səhmlərinin dəyəri 10% artaraq 194,2 ABŞ dolları olub.
Qeyd edək ki, bu ilin mart ayında “İnstaqram” və “WhatsApp” da daxil olmaqla “Facebook”un gündəlik istifadəçi sayı ilin əvvəli ilə müqayisədə 4,4% artaraq 2,36 milyard ABŞ dollarına yüksəlib.