“Facebook” üzərində çalışdığı videozəng dəstəyi olan TV-konsolunda öz kontentini yerləşdirilməsi təklifilə “Netflix”, “Disney”, “Hulu”, “HBO” və “Amazon”-a müraciət edib.
İnsider.az xəbər verir ki, bu barədə mənbələr və layihə haqda sənədlərə istiinadla “The Information” resursu yazır.
Nəşriyyatın məlumatına görə, “Catalina” kod adlı cihaz “Facebook”-dan videoçatlar üçün olan “ağıllı” “Portal” displeyinin də istifadə etdiyi eyni texnologiyadan istifadə edəcək. Həmçinin onun distant idarəolunma fiziki pultu olacaq.
Şirkət cihazı 2019-cu ilin pyızında tədim etməyə ümid edir.
Mediaşirkətlərlə gedən danışıqların hansı mərhələdə olduğunu resurs öyrənə bilməyib. “Reuters” əlavə edir ki, “Facebook” bu barədə şərh vermək sorğusunu cavablandırmayıb.
“Facebook”-un televizora qoşulacaq videozənglər üçün cihaz üzərində işlədiyi barədə ötən ilin oktyabrında “Cheddar” nəşriyyatı yazmışdı. Resursun xəbərinı görə, layihə “Ripley” adlanır.
Samirə Məmmədova