facebook-usaqlari-tehlukeye-atdi

“Facebook” uşaqları təhlükəyə atdı

“Facebook”-un uşaq messencerindən istifadə edən minlərlə azyaşlı texniki xətaya görə naməlum insanlarla bir yazışma portalına düşüb. İnsider.az bunu “The Verge”-ə istinadla xəbər verir.

“Facebook”-un 2017-ci ildə buraxılan bu sadələşdirilmiş messencerdən 13 yaşa qədər olan uşaqlar ancaq valideynlərinin təsdiq etdiyi şəxslərlə ünsiyyətdə ola bilərlər.

Tətbiqin xətası messencer qruplarında aşkar edilib. Uşaq messencerdə ünsiyyət üçün təsdiqlədiyi istənilən şəxsi dəvət edə bilər. Bu həmsöhbətçi, öz növbəsində, yazışma qrupuna uşağın tanımadığı digər şəxsləri əlavə edə bilər.

“Facebook” problem haqda məlumat verməyib və ancaq “The Verge” resursunun belə qruplara düşmüş uşaqların valideynlərinə sosial şəbəkədən bildiriş gəldiyini öyrəndiyi vaxt problemi etiraf edib.

Sosial şəbəkə nümayəndəsi bildirdi ki, bildiriş “minlərlə” valideynlərə göndərilib, lakin təhlükəli vəziyyətə düşmüş dəqiq azyaşlı hesablarının sayını açıqlamayıb.

Samirə Məmmədova