facebook-ve-google-dan-12-min-km-lik-yeni-sualti-xett-isler-2024-cu-ilde-yekunlasacaq

Facebook və Google-dan 12 min km-lik yeni sualtı xətt

İşlər 2024-cü ildə yekunlaşacaq...

ABŞ-ın ən iri texnologiya şirkətlərindən olan Facebook və Google yeni meqalayihəyə start verir.

Yaponiyanı Cənub-Şərqi Asiya ölkələri ilə birləşdirəcək yeni sualtı internet xəttinə dair detallar Facebook tərəfindən açıqlanıb.

Uzunluğu 12 min km olan və “Apricot” adlandırılan xətt Yaponiya, Tayvan, Quam, Fillipin, İndoneziya və Sinqapuru əhatə edəcək. İnvestisiya dəyəri açıqlanmayan layihədə tikinti-quraşdırma işlərinin 2024-cü ilə qədər yekunlaşdırılması və xəttin istifadəyə verilməsi planlaşdırılır.

“Apricot” Facebook-un bu ilin martında elan etdiyi və ABŞ-la İndoneziyanı birləşdirəcək yüksək sürətli dənizaltı xətlərini - “Echio” və “Bifrost”-u tamamlayacaq. Nəticədə Asiya-Sakit okean regionunda internet sürətinin və 5G şəbəkəsinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünyada ölkələr arasında rabitəni, internet və data ötürülməsini təmin edən 400 iri sualtı xətt var. Onların arasında ən böyüklərindən biri Honkonqdan Fransaya qədər uzanan və 2017-ci ildə istifadyə verilmiş 25 min km-lik Asiya-Afrika-Avropa (AAE-1) xəttidir.

Marja