favorit-resmen-araz-a-birlesdi

"Favorit" rəsmən "Araz"a birləşdi

Bu gün "Baku Retail Group” MMC “Araz Supermarket” MMC-yə qoşularaq ləğv edildiyini açıqlayıb.

İnsider.az xəbər verir ki, “Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəlikləri təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə ötürülüb. 

“Araz Supermarket” MMC də "Baku Retail Group” MMC-nin ləğv olunaraq ona qoşulması nəticəsində yenidən təşkil edildiyini, “Baku Retail Group” MMC-nin bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə keçdiyini elan edib.
 
Marja-nın əldə etdiyi məlumata görə, "Baku Retail Group" MMC "Favorit Market" şəbəkəsini idarə edirdi. Bir müddət əvvəl "Favorit Market"lərin “Araz Supermarket”lərin nəzarətinə keçdiyi açıqlanmışdı. 

 

Marja