fed-sedrinin-konqres-cixislari-maraqla-gozlenilir

"Fed" sədrinin Konqres çıxışları maraqla gözlənilir

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell) bu həftə yenidən ön plana çıxmağa hazırlaşır. Pauelin konqresmenlər qarşısındakı çıxışlarının maliyyə bazarlarına təsir edəcəyi gözlənilir.

İnsider.az xəbər verir ki, ötən Cümə günü açıqlanan məlumat ABŞ-da kənd təsərrüfatı xaric məşğulluğun İyun ayında proqnozdan daha çox artdığını göstərdi. Pauel belə bir şəraitdə, həm də "Fed"-in növbəti faiz qərarını verəcəyi iclasının başlanmasına üç həftə qalmış, pul siyasətinin son vəziyyətinə dair məlumatlar verəcək.

"Fed" sədri Çərşənbə və Cümə axşamı günü Nümayəndələr Palatası və Senat panellərində yarımillik çıxışlarını edəcək.

© Marja