İtaliyanın "Ferrari" komandası "Formula 1" üzrə dünya çempionatından ayrıla bilər.
İnsider.az xəbər verir ki, komanda büdcə limiti 130 milyon ABŞ dolları olacağı təqdirdə bu addımı atacaq.
"Ferrari"nin rəhbəri Mattia Binotto 145 milyon ABŞ dollarının daha tələbkar qərar olduğunu bildirib: "Əlavə əhəmiyyətli fədakarlıqlar olmadan, xüsusən də insan resurslarımız baxımından buna nail olmaq mümkün deyil. Hədd daha da aşağı olsa, yarış DNK-mızın həyata keçirilməsi üçün başqa gələcək variantlar axtarmaq istəməzdik".
Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası və "Formula 1" rəhbərliyi 2021-ci il üçün 175 milyon dollar olan büdcə limiti haqqında razılığa gəliblər. Lakin bu məbləğ koronavirus pandemiyası səbəbindən 145 milyon dollara endirilə bilər. 2022-ci ildə isə limitin 130 milyon ABŞ dolları olacağı ehtimal edilir.
Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.
Report