Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, “Xalq” fəxri adı üçün 180 manat, “Əməkdar” fəxri adı üçün 120 manat aylıq təqaüd müəyyən edilib.
Hazırda təqaüdün məbləği “Xalq” fəxri adı üçün 150 manat və “Əməkdar” fəxri adı üçün 100 manatdır.
Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.