filippin-kanadanin-zibilini-vetenine-qaytarib

Filippin Kanadanın zibilini vətəninə qaytarıb

Filippin höküməti Ottava ilə uzun diplomatik mübahisədən sonra Kanadaya tonlarla zibili geri qaytarıb. İnsider.az bu barədə “BBC”-yə istinadla xəbər verir.

İsmarışda deyilir ki, Filippin tonlarla zibil olan gəmini Kanadaya geri yollayıb. Bundan qabaq bir nəçə həftə boyu davam edən və Filippin prezidentinin bu tullantıları Kanada sahilinə buraxmaq təhdidləri ilə müşahidə olunan diplomatik mübahisə yaşanıb.

Filippin hakimiyyəti bəyan edir ki, Kanadadan gələn bu zibil Manila limanına 2014-cü ildə gəlib və səhvən təkrar emal üçün nəzərdə tutulmuş plastik tullantılar kimi nişanlanıb.

Qeyd edək ki, Filippin məhkəməsi tərəfindən hələ 2016-cı ildə 1500 tonluq zibillə dolu bu 69 konteyneri Kanadaya qaytarılmasına qərar verilib.

Samirə Məmmədova