ford-ve-volkswagen-turkiyede-ortaq-istehsal-ucun-razilasdi

Ford və Volkswagen Türkiyədə ortaq istehsal üçün razılaşdı

Ford Motor Company və Volkswagen AG, 2018-ci ildən bu yana davam edən əməkdaşlıq planları çərçivəsində 1 tonluq orta kommersiya (yük) avtomobillərinin Türkiyədə ortaq istehsalı üçün razılaşıb. 

Ford Otosan ilə Ford Motors Company arasında bu layihəni reallaşdırmaq məqsədilə müqavilələr də imzalanıb. 

1 tonluq ortaq kommersiya avtomobili "Yeni Nəsil Ford Tranzit Custom" ailəsinin dizel, hibrid elektrikli PHEV (Plugun Hibrid) və tam elektrikli versiyalarının Ford Otosan tərəfindən Kocaeli zavodunda 2023-cü ilin ilk yarısından etibarən mərhələli olaraq istehsalı nəzərdə tutulur. Avtomobillərin çoxu ixrac olunacaqdır. 

Həmçinin Ford Motor Company və Volkswagen AG-nin strateji ortaqlığı çərçivəsində Volkswagen AG-nin yeni nəsil 1 tonluq kommersiya avtomobili modelinin də Ford Otosan tərəfindən Kocaeli zavodunda istehsalı nəzərdə tutulur.

Bu çərçivədə qarşıdakı 5 il ərzində şirkət tərəfindən cəmi 1,4 milyard avro sərmayə qoyulacaq. Yeni zavodun istehsal gücü illik 405 min ədəd təşkil edicək.