Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gələcək.
İnsider.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Nümayəndə heyətinə deputatlar Valeri Rabot, Jan-Lui Burlanj və digərləri daxildir.
Parlament sədri Yael Braun-Piven daha əvvəl səfərin məqsədinin Fransanın Ermənistana dəstəyini bir daha ifadə etmək olduğunu bildirmişdi.