fransa-sefirinin-milli-meclisde-gorusu

Fransa səfirinin Milli Məclisdə görüşü

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov ilə görüşüb.

Görüşdə iki ölkə Beynəlxalq münasibətlər Komitələrinin birgə prioritet iş istiqamətləri, Azərbaycanın Amerika, Aİ ölkələri və digər  əsas tərəfdaşları ilə aparılacaq  işlər, eləcə də AŞPA ilə münasibətlər müzakirə edilib. 

Bununla yanaşı görüş zamanı ilkin müzakirə edilən problem, Dağlıq Qarabağ münaqişəsinin danışıqlara uyğun mərhələli şəkildə həlli ilə bağlı məsələ oldu. Bu istiqamətdə atılan addımların münaqişənin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq həlli üçün Azərbaycanın dialoqa hazır olduğunun bir daha əyani sübutu olduğu vurğulandı.  
 
Müzakirə edilən digər məsələ dünyada xüsusi nüfuza malik olan ölkələrin belə iqtisadiyyatını sarsıdan COVİD-19 pandemiyasının nəticələri oldu. Əsasən postpandemiya dövründə iqtisadi inkişafın təminatı üçün atılacaq addımlar və iş istiqamətlərinə dair fikir mübadiləsi aparıldı. 

Hazırda ölkədə aparılan islahatlar nəticəsində dövlətin inkişafı üçün ən böyük təhdidlərdən olan korrupsiyanın qarşısını almaq üçün dövlət başçısı tərəfindən həyata keçirilən qəti tədbirlərdən danışıldı. ASAN və DOST  kimi qurumların bu qəbildən olan problemlərin qarşısını aldığı, vətəndaş dövlət arasında əlaqənin daha şəffaf şəkildə aparıldığı bildirildi.