Fransa İdman Nazirliyi və Səhiyyə Nazirliyi idmançılar üçün xüsusi antiviral maska hazırlayıblar.
Bu barədə “France Info” radiosu məlumat yayır.
Bildirilir ki, maskanın hazırlanma prosesi keçən ilin iyun ayından başlayıb.
Məhsul üzlə təmasda olduqda xoş hisslər yaradan xüsusi çox qatlı və yumşaq süzgəcdən hazırlanıb. Eyni zamanda, yeni hazırlanmış maska tibbi maskalardan fərqlənir. Onlar dodaqlara toxunmur və intensiv nəfəs alanda belə ağıza dəymir. Beləliklə, qaçanda narahatlıq yaratmır.
Bildirilir ki, maska əvvəlcə Fransa Standartlar Komitəsi tərəfindən təsdiqlənəcək, daha sonra ekspertiza üçün ölkənin Səhiyyə Nazirliyinə və İctimai Sağlamlığı Şurasına göndəriləcək. Qərar verildiyi təqdirdə, bir neçə həftə ərzində maskanın istehsalına başlanacaq və satışa çıxarılacaq.