Çinin Telekommunikasiya Avadanlıqlarının Sertifikasiyası Agentliyinin (TENAA) saytında "V1730GA" kod işarəli orta səviyyəli yeni "Vivo" smartfonu haqqında məlumatlar yerləşdirilib.
İnsider.az xəbər verir ki, 6,26 düym diaqonallı və 2280 × 1080 piksel təsvir ölçülü Full HD formatlı ekranın tətbiq edildiyi qurğunun qabaritləri 154,81 × 75,03 × 7,89, çəkisi isə 150 qram təşkil edir.
Bildirilir ki, yeni modeldə adı açıqlanmayan 1,95 QHs takt tezlikli səkkiznüvəli prosessordan istifadə edilib. Alıcılara 4 və 6 giqabayt operativ yaddaş versiyaları arasında seçim imkanı təklif olunacaq.
Ön kamera 16 meqapikselli şəkillər çəkir. Əsas kamera isə 13 və 2 milyon pikselli irəli çəkilmiş sensor blok şəklində hazırlanıb. Arxada barmaq izi skaneri quraşdırılıb.
Quraşdırılmış yaddaşın tutumu 64 giqabayta bərabərdir. Əlavə olaraq "microSD" kartını quraşdırmaq mümkündür. Akkumulyator batareyasının tutumu 3180 milliamper/saat təşkil edir.
Hazırda smartfonun hansı adla kommersiya bazarına çıxarılacağı məlum olmasa da, onun "FunTouch OS UI" interfeysli "Android 9 Pie" əməliyyat sistemi ilə tədarük ediləcəyi bildirilir.
©"ICTnews"