g7-amazondaki-yanginlarin-sondurulmesine-20-milyon-avro-ayiracaq

G7 Amazondakı yanğınların söndürülməsinə 20 milyon avro ayıracaq

G7 ölkələri Amazondakı meşə yanğınlarının söndürülməsinə yardım üçün 20 milyon avro ayıracaq.

İnsider.az-ın məlumatına görə, bu barədə Fransa prezidenti Emanuel Makron bildirib.

Biarritzdə keçirilən G7 sammitində çıxışı zamanı o qeyd edib ki, qrup ölkələri təcili şəkildə Amazondakı yanğınlara təqribən 20 milyon avro məbləğində yardım edəcək.

Qeyd edək ki, bu il ərzində Braziliyada 78,4 min meşə yanğınları baş verib ki, bu da 2013-cü ildən sonra ən pis göstəricidir.

Beynəlxalq birliyin tənqidindən sonra ölkə rəhbərliyi yanğınların qarşısını almaq üçün ordunu da cəlb edib.

©Trend