galaxy-f62-smartfonunun-teqdimati-olub

“Galaxy F62” smartfonunun təqdimatı olub

“Samsung Electronics” böyük ehtiyat gücünə malik “Galaxy F62” smartfonunu təqdim edib.

İnsider.az “Sammobile”yə istinadən xəbər verir ki, “Gorilla Glass” şüşəsindən hazırlanan 6,7 düyümlük ekranı “Super AMOLED+” texnologiyasına əsaslanır.

32 MP-lik ön kamera ilə təchiz olunan smartfon 7 Nm-lik “Exynos9825” prosesoru ilə çalışır. 6 və ya 8 GB-lik ROM, 128 MB-lik RAM-a malik “Galaxy F62” yalnız LTE şəbəkələrində çalışır, 5G rabitəsini dəstəkləmir.

Bluetooth 5.0, NFC, USB-C portu ilə təchiz olunmuş yeni smartfon “Android 11” əməliyyat sistemi və yeni “One Uİ 3.1” interfeysi əsasında çalışır. 7000 mA-lıq akkumulyator 25 vt-lıq sürətli doldurma siminə malikdir.

“Galaxy F62” ilk dəfə Hindistanda 330 ABŞ dolları qiymətinə satışa çıxarılacaq.