Sənaye parkının rezidenti bütün növ malların idxalı daha 5 il gömrük rüsumlarından azad olunur.
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.
Dəyişikliyə əsasən, qanunun 20.0.20-ci maddəsində "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilir.
Dəyişiklikdən sonra 20.0.20-ci maddə aşağıdakı şəkildə olacaqdır:
-müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilirlər.
İndiyədək bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad idi. Beləliklə, 5" rəqəminin "10" rəqəmi ilə əvəz edilməsilə müddət daha 5 il artırılır.
Bu Qanun 2021-ci il mayın 1-dən tətbiq edilir.