google-50-dollardan-ucuz-androidli-smartfon-buraxir

Google 50 dollardan ucuz Androidli smartfon buraxır

Məqsəd yerli şirkətlə birgə 450 milyon nəfər müştəri qazanmaqdır...

ABŞ-ın texnologiya nəhəngi Google Hindistanın yerli startapı Jio birlikdə yeni layihəyə start verir.

Yeni layihə hələ də 2G və daha məhdud texnoloji imkanlı telefonlardan istifadə edən 450 milyona yaxın Hindistanlını təkmilləşmiş smartfonla təchiz etmək məqsədi daşıyır.

Jio-nun daha öncə buraxdığı JioPhone-un yenilənmiş versiyası olan JioPhone Next modeli Android əməliyyat sistemi əsasında, Google və Jio-nun tətbiqi proqramları ilə işləyəcək, eləcə də yazıb-oxumaq qabiliyyəti zəif şəxslər üçün Hindistanda istifadə olunan bir neçə yerli dildə səs yardımçısı funksiyasına malik olacaq. Yeni modelin bazara 50 dollardan daha ucuz qiymətə təklif olunacağı gözlənilir.

Hazırda Hindistan smartfon bazarında əsas yerləri Xiaomi (21%), Samsung (19%), digər Çin modelləri (36%) və başqaları (24%) tutur. Ucuz smartfonların qiyməti 53-80 dollar arasında dəyişir. Hələ 2016-cı ildə JioPhone modelini 426 milyon şəxsə satan startap Google-un köməkliyi ilə JioPhone Next-i ən sərfəli və ən çox istifadə olunan smartfona çevirməyi hədəfləyir.

Marja