google-airdrop-un-analoqunu-hazirlayib

“Google” “AirDrop”-un analoqunu hazırlayıb

“Google”  “Android”, “iOS”, “Chrome OS” və digər əməliyyat sistemləri daxil, müxtəlif cihazlar arasında internetə qoşulmadan fayl mübadiləsi üçün “Fast Share” servisini tərtib edib. İnsider.az bunu “9to5Google” resursuna istinadla xəbər verir.

Birindən digərinə məlumatları ötürmək üçün cihazların hər birində Bluetooth-u və geolokasiyanı işə salmaq lazımdır. Faylı qəbul edən istifadəçi yollamanı təsdiqləməlidir. O, həmçinin göndərən şəxsin cihazındakı verilənləri sorğusuz göndərə bilən cihazların siyahısına sala bilər.

Servisin işə salınma tarixi hələlik məlum deyil. Nəşr isə yeni funksiyanın “Android Q” beta-versiyasında aşkar olunduğunu qeyd edib.

Samirə Məmmədova