“Google”-un “sıfır gün” xətaların aşkar edilməsi üçün tutduğu “Project Zero” analitikləri “Apple” smartfonlarına haker hücumları üçün bir neçə sındırılmış sayt istifadə ediblər.
İnsider.az bu barədə “RBK”-ya istinadla xəbər verir.
Hücuma məruz qalmaq üçün belə saytlara ziyarət kifayət edib. “Project Zero”-dan yoluxmuş resursların dəqiq sayını bildirməyiblər, lakin onların həftədə minlərlə ziyarətçisi olduğunu qeyd ediblər. Analitiklər “Apple” müştərilərinə qarşı istifadə olunan və 10-dan 12-ə kimi “iOS”-a aid olan beş kiberhücum növünü aşkar etməyə nail olublar – cinayətkarlar smartfonları ən az iki il müddətində sındırmağa çalışıblar.
Qeyd edək ki, uğurlu kiberhücum baş tutduqda, cinayətkarlar üçün qurbanın cihazına istifaədçinin verilənlərinə tam giriş və smartfonu uzaqdan idarə etmə imkanı verən proqram təminatı gizlicə cihaza yüklənirdi.
Samirə Məmmədova