google-android-10-u-istifadeye-verib

“Google” “Android 10”-u istifadəyə verib

“Google” adi istifadəçilər üçün “Android 10” əməliyyat sisteminin ilk sabit versiyasını buraxıb.

İnsider.az bu barədə “vc.ru"-ya istinadən xəbər verir.

Yeni versiya hələ ki, ancaq “Google Pixel” smartfonları üçün əlçatandır. Şirkət “Android 10”-un digər istehsalçıların smartfonlarında 2019-cu ildən gec olmadan çıxacağını vəd edib. Dəqiq müddət və konkret partnyorlar barədə isə “Google” məlumat verməyib.

“Android 10”-un beta-versiyasının test edilməsində “Huawei”, “OnePlus”, “LG”, “Xiaomi” və digər istehsalçıların bəzi smartfon modelləri iştirak edib.

“Android 10”-un əldə etdiyi funksiyaların bir qismi:

•    Həm ayrı tətbiqlər, həm bütün sistem üçün aktiv edilməsi mümkün olan mövzu;

•    “Ağıllı cavab” bildirişləri olan müxtəlif hərəkətləri dəstəkləyir: misal üçün, sistem linki dərhal “Chrome”-da, videonu “YouTube”-da, ünvanı isə xəritə tətbiqində açmağı təklif edər;

•    Yenilənmiş jest naviqasiyasını – ekrana toxunmaq “Geriyə” düyməsini əvəzləyir; sağa toxunuş zamanı avtomatik sistem bildirişi silir, sola toxunuşda isə əlavə menyunu açır;

•    “Live Caption” funksiyası real zamanda video və audioçarxlara (məsələn, podkast və ya audioismarışlara) istənilən tətbiqlərdə subtitr yaradır;

•    “Android” əməliyyat sisteminin təhlükəsizlik və digər əsas komponentlərinin yenilənmələri “Google Play” üzərindən yüklənir. Belə “Google” cihaz istehsalçılarının vacib yenilənmələri yükləməsini gözləmədən özü onları daha cəld yaya biləcək;

•    Hansı tətbiqlər və nə vaxt yerləşmənin izlənə bilməsinə nəzarət. Misal üçün, istifadəçi tətbiqlər üçün izlənməni ancaq onların fəal istifadə vaxtı ilə məhdudlaşdıra bilər. Sistem, hansısa tətbiq bağlandıqdan sonra da yerləşməni izləməyə davam etdiyi təqdirdə, xəbərdarlıq edəcək;

•    “Focus Mode” funksiyası istifadəçinin fikrini əsas işdən yayındıran tətbiqləri — sosial şəbəkələr, messencerlər, YouTube və sair — müvəqqəti söndürür. Funksiya 2019-cu ildə bir qədər gec əlçatan olacaq;

•    Quraşdırılmış ekran yazma funksiyası;

•    5G və elastik ekranlı cihazların dəstəyi.

“Android 10” on il ərzində adını desert şərəfinə almayan ilk versiya oldu. Şirkət adlarda destertlərdən istifadədən imtinanı bəzi istifadəçilər üçün yeni versiyaların sinişfləşdirilməsindəki çətinliklərlə izah edib.

Samirə Məmmədova