google-axtaris-neticelerinde-mahni-metnlerinin-menbeyini-gosterecek

“Google” axtarış nəticələrində mahnı mətnlərinin mənbəyini göstərəcək

“Google” axtarış nəticələri ilə bağlı yenilik edir. Yenilik axtarışdakı mahnı mətnlərilə bağlı olacaq. İnsider.az bunu “vc.ru”-ya istinadla xəbər verir.

Məsələ ondadır ki, iyunun 16-ı “Genius” şirkəti “Google”-un mətnləri axtarış nəticəsində çıxardığı üçün axtarış servisini mahnı mətnlərinin oğurluğunda ittiham etdi və trafikin azaldılması barədə bəyan etdi.

İki gün sonra isə “Google” öz bloqunda mətnləri haradan götürdüyünü ətraflı yazdı. Axtarış servisi iddia edir ki, “Genius” kimi mahnı mətnləri olan saytları skan etmir, onları lisenziyası olan partnyordan, məsələn, 2016-cı ildən əməkdaşlıq etdiyi “LyricFind”-dan götürür.

“Google” bildirdi ki, tezliklə mətnin hardan yükləndiyi mənbəni göstərməyə başlayacaq. Şirkət həmçinin, onların işinin “yüksək industriya standartlarına” cavab verdiyində əmin olmaq üçün “LyricFind”-dan araşdırma aparmağını xahiş edib.

“LyricFind” isə mahnı mətnlərinin “Genius”-dan kopyalamadığını, nəşriyyatlara onların istifadəsinə görə ödəniş etdiyini və digər saytarla tutuşdurub yoxladığı fərdi bazasını yığdığını iddia edir. “The Verge” portalı “LyricFind” bilmədən “Genius”-un mətnlərini istifadə edə bilmərini ehtimal edir.

Samirə Məmmədova