“Google” “Chrome”da xətaları aşkar edib bu barədə şirkəti məlumatlandıran tərtibatçılara vəd etdiyi mükafatı iki-üç dəfə artırdı. İnsider.az bunu “TechCrunch”-a istinadla xəbər verir.
Xəta barədə adi hesabata görə maksimal məbləğ 5 mindən 15 min dollara qədər artdı.
Problem haqqında ətraflı hesabata görə tərtibatçılar artıq əvvəlki 15 min əvəzinə 30 min dollar ala biləcəklər.
“Chromebook” və ya “Chromebox”da tapılmış nöqsanlara görə olan mükafatların maksimal məbləği bundan sonra 150 min dollar təşkil edəcək (daha əvvəl bu mükafat 100 min dollar təşkil edirdi).
Mükafatın məbləği problem barədə icra edilmiş hesabatın keyfiyyətindən və xətanın nə dərəcədə kritik vəziyyətdə olmasından asılı olaraq dəyişir. Mükafatlandırma proqramının ətraflı qaydaları “Google”un saytında təsvir olunub.
Samirə Məmmədova