“Google” şirkəti Çin Silahlı Qüvvələri ilə əməkdaşlığına dair yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
İnsider.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, “PayPal” ödəniş sisteminin təsisçisi Piter Thiel “Google” şirkətinin Çin hökuməti və hərbiyyəsi ilə əməkdaşlıq etdiyini deyərək ABŞ-ı bununla bağlı araşdırma aparmağa çağırmışdı. Onun fikrincə, bəzi xarici kəşfiyyatların nümayəndələri sözügedən şirkətin müəyyən layihələrinə, o cümlədən süni zəka yaradılmasına dair fəaliyyətlərinə qoşula bilər.
ABŞ prezidenti Donald Tramp da “PayPal” təsisçisinin məlumatlarını araşdıracaqlarını bildirmişdi.
©“Report”