ABŞ-lı texnologiya şirkəti "Google"-ın İcraçı direktoru Sundar Pichai, Avropadakı data mərkəzlərini genişləndirmək məqsədilə 3 milyard avro əlavə sərmayə qoyulacağını bildirib.
İnsider.az xəbər verir ki, Piçai, əlavə qoyuluşlarla 2007-dənbəri Google-ın Avropadakı sərmayələrinin ümumi həcminin 15 milyard avroya çatacağını bildirib.
Piçai, yeni əlavə investisiyaların Avropa İttifaqında məşğulluğu dəstəkləyəcəyini də vurğulayıb.
"Google"-ın bərpa olunan enerjiyə intensiv investisiya qoyduğunu bildirən Pichai, Avropa ittıfaqında külək və günəş kimi bərpa olunan enerji mənbələrinə 1 milyard avro sərmayə qoyacaqlarını bildirib.
"Google" şirkətinin Finlandiya, Hollandiya, İrlandiya və Belçikada data mərkəzləri yerləşir.
© Marja