google-dan-ev-ucun-yenilik

“Google”-dan ev üçün yenilik

“Google” evlər üçün “ağıllı” cihaz xəttinin adının dəyişib. Artıq onlar “Nest” brendi altında buraxılacaq. Misal üçün, “Home Hub” bundan sonra “Nest Hub” adlanır.

İnsider.az-ın xəbərinə görə, təqdimat proqramçıların illik “Google I/O 2019” konfransında keçirilib.

Həmçinin “Google” “ağıllı” köməkçi “Nest Hub Max”-ı təqdim edib. “Nest Hub Max” səs sorğularına və jestlərə reaksiya verir, həmçinin istifadəçinin üzünü tanıya bilir. Cihaz stereodinamiklər, 10-düymlük displey və süni intellekt dəstəkli kamera ilə təchiz olunub. “The Verge” bildirir ki, displeydə “YouTube”-dan video və ya “HBO Now”, “CBS” və digər servislərdən (“Netflix”-dən başqa) videoları işə salmaq mümkündür.

Kameranı “Duo” üzərindən videoçat və ya videoismarışlar üçün istifadə etmək olar. Danışıq vaxtı kamera avtomatik istifadəçinin otaq üzrə yer dəyişməsini izləyə bilir. Kameranı söndürmək də olur.

Bundan başqa, cihaz üz tanıma funksiyasını dəstəkləyir. Sistem cihazın qarşısında kimin olduğunu müəyyən edir və misal üçün, şəxsi təqvim və ya xatırlatmadan olan hadisələr kimi personallaşdırılmış kontent təklif edir.

“Nest Hub Max” 229 dollar dəyərində cari ilin yayında satışa çıxarılacaq.

Samirə Məmmədova