google-dan-skittles-dek-z-nesli-sevimli-brendlerinin-adlarini-aciqladi

“Google”-dan “Skittles”-dək: “Z nəsli” sevimli brendlərinin adlarını açıqladı 

“Morning Consult Brand Intelligence” şirkəti “Z nəsli”nin nümayəndələri arasında maraqlı bir araşdırma apararaq, onların ən çox hansı brendləri sevdiklərini müəyyən edib. 

Məlum olub  ki, 1995-2015-ci illər arasında doğulan şəxslər daha çox texnologiya, əyləncə və yeməklə bağlı brendlərə üstünlük verirlər. Ən məşhur şirkətlərin beşliyinə isə “Google”, “Netflix”, “YouTube”, “Amazon” və “Oreo” düşüb.

İnsider.az şirkətin apardığı araşdırmanın nəticələrinə istinadla, gənclərin ən çox sevdikləri brendlərin TOP 20-ni təqdim edir.

1.“Google”

2.“Netflix”

3.“YouTube”

4.“Amazon”

5.“Oreo”

6.“PlayStation”

7.“Walmart”

8.“Target”

9.“Doritos”

10.“Nintendo”
11.“Chick-fil-A” (tez yemək restoranlar şəbəkəsi — red.qeydi)

12.“Nike”

13.“Marvel Studios”

14.“Spotify”

15.“Instagram

16.“Pizza Hutt”

17.“Sprite”

18.“Dunkin’ Donuts”

19.“Dollar Tree” (qiymətləri fiksə olunmuş malların mağazalar şəbəkəsi — red.qeydi)

20.“Skittles”

Nəticələr şəbəkədə aparılan iki sorğunun əsasında əldə edilib. Bir neçə maraqlı nəticəni də təqdim edirik:

•Qızların ən çox sevdiyi brendlər – “Bath & Body Works” (4 yer), “Walt Disney” (9 yer) və “Dove” (13 yer).

•“Z nəsli”ndən olan oğlanlar “Playstation” (4 yer), “Doritos” (7 yer) və “Marvel Studios” (9 yer) kimi brendlərə üstünlük verirlər.

•Şəhər sakinləru “Nike”-ı ən sevdikləri brendlər sıyahısında 5-ci cərgədə yerləşdiriblər, əyalət əhalisi isə bu yeri “Nintendo”-ya veriblər.

Nigar Orucova